Sumqayıtda özünü güllələyən polis bankda mühafizəçi işləyirmiş - YENİLƏNİB

Oxunma sayı: 229
25-11-2021, 18:55

Sumqayıtda özünü güllələyən polis bankda mühafizəçi işləyirmiş - YENİLƏNİB
Sumqayıtda polisin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Arasdırma.info APA-ya istinadla xəbər verir ki, Sumqayıt Mühafizə Polis İdarəsinin əməkdaşı, baş serjant, 1979-cu il təvəllüdlü Mütəllimov Rahib Əli oğlu ehtiyatsızlığın qurbanı olub.
Hadisə bu gün şəhərin 40-cı məhəlləsində yerləşən, banklardan birinin Sumqayıt filialının yerləşdiyi inzibati binanın arxa hissəsində baş verib.
R. Mütəllimov bankda mühafizəçi kimi xidmətdə olub. Binanın arxa hissəsində yerləşən otaqlardan birinə keçən 42 yaşlı polis əməkdaşı xidməti silahı ilə ehtiyatsız davranıb, nəticədə silahdan atəş açılıb.
O, aldığı güllə yarasından vəfat edib.
Araşdırmalar davam edir.

Paylaş
Xəbər lentİ