Bakıda sürət qatarı süpürgəçini vurub öldürdü - YENİLƏNİB

Oxunma sayı: 221
4-12-2021, 01:44

Bakıda sürət qatarı süpürgəçini vurub öldürdü - YENİLƏNİB
Bakıda qatar vuran süpürgəçinin kimliyi məlum olub.

Arasdırma.infonun məlumatına görə, araşdırmalar nəticəsində qatar vuran qadının 47 yaşlı Əliyeva Həcər Musarza qızı olması müəyyən edilib.

Zərbənin təsirindən qadının baş-beyin nahiyəsinin əzildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

saat 14:43

Bakıda sürət qatarı qadını vurub.

Arasdırma.info xəbər verir ki,Lent.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında Bakı-Pirşağı elektrik qatarı yolunun Zabrat qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Pirşağı istiqamətində hərəkətdə olan sürət qatarı ərazidə təmizlik işləri aparan süpürgəçi qadını vurub. Nəticədə qadın hadisə yerində keçinib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılır.

[media=http://baku.tv/embed/47444]

Paylaş
Xəbər lentİ