Bakıda 20 minlik qızıl oğurlayan kameralara düşdü - VİDEO

Oxunma sayı: 225
9-12-2021, 02:46

Bakıda 20 minlik qızıl oğurlayan kameralara düşdü - VİDEO
Bakıda mənzildən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, noyabrın 29-da bir nəfər paytaxt sakini Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus metronun “Azadlıq” stansiyasının yaxınlığındakı evindən naməlum şəxs oğurluq edib. Qapını açan şəxs içəridən dəyəri 20 min manat olan qızıl-zinət əşyaları oğurlayaraq hadisə yerindən yayınıb.

Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətlərinə görə məhkum edilmiş paytaxt sakini Emin Cabbarov saxlanılıb. Ondan oğurladığı qızl-zinət əşyalarının bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb. Emin Cabbarovun oğurluq etdiyi evə necə daxil olması inzibati ərazidə quraşdırılan müşahidə kameraları vasitə ilə də anbaan qeydə alınıb.

Saxlanılan şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir. Emin Cabbarovun Bakı şəhərində digər analoji cinayətlər törətməsi də istisna edilmir.

Qeyd edək ki, Emin Cabbarov polisə ifadəsi zamanı tutulmasına inanmadığını dilə gətirib: "Axı, mən elə plan qurmuşdum ki, tutulmalı deyildim. Necə oldu tutuldum?! Hayıf oldu zəhmətim. Axı, izləri silmişdim...."

Paylaş
Xəbər lentİ