Bakıda sabiq polis rəisi “Kalaşnikov”la “Lexus” avtomobilini atəşə tutdu – SƏBƏB?/FOTO

Oxunma sayı: 237
18-12-2021, 19:05

Bakıda sabiq polis rəisi “Kalaşnikov”la “Lexus” avtomobilini atəşə tutdu – SƏBƏB?/FOTO
Daxili İşlər Nazirliyi Bakıda sabiq polis rəisinin həbs edilməsi barədə məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev saxlanılıb. Ondan "AKMS" markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Araşdırma aparılır.

Xatırladaq ki, R.Hacıyev Milli qəhrəman Əlif Hacıyevin qardaşıdır. O, Neftçala və Bakının Sabunçu rayonunun keçmiş polis rəisi olub.

-------

11:16

Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin qardaşı həbs edilib.

Arasdırma.info qafqazinfo-ya istinadən xəbər verir ki, Neftçala və Bakının Sabunçu rayonunun keçmiş polis rəisi olan Rza Hacıyev dünən gecə 12 radələrində paytaxtda cinayət törədib.

Rza Hacıyev bir zamanlar rəhbərlik etdiyi Sabunçu rayonunun Pirşağı qəsəbəsində münaqişə zəminində həm qohumu, həm də biznes şəriki olan şəxsin "Lexus" markalı maşınına avtomatdan 18 dəfə atəş açıb.

Artıq Rza Hacıyev saxlanılıb və onun üzərindən cinayəti törətdiyi "AKM" markalı avtomat götürülüb. İstintaq davam etdirilir.
Bakıda sabiq polis rəisi “Kalaşnikov”la “Lexus” avtomobilini atəşə tutdu – SƏBƏB?/FOTO

Paylaş
Xəbər lentİ