DƏHŞƏTLİ AİLƏ FACİƏSİ: Kişi arvadının başını kəsdi, oğluna xəsarət yetirdi

Oxunma sayı: 234
18-12-2021, 19:52

DƏHŞƏTLİ AİLƏ FACİƏSİ: Kişi arvadının başını kəsdi, oğluna xəsarət yetirdi
Abşeron rayonunda qətl hadisəsi olub.

Arasdırma.info xəbər verir ki,"Report"un məlumatına görə, hadisə dekabrın 18-i saat 15 radələrində Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Ağaməhəmməd Əhmədovun yaşadığı evdə aralarında yaranan mübahisə zamanı arvadı, 1963-cü il təvəllüdlü Bəsti Əhmədovanın başını kəsərək öldürüb, oğlu 1985-ci il təvəllüdlü Taleh Əhmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1, 29, 120.2.7-ci maddələri ilə cinayət işi başlanıb.

A.Əhmədov şübhəli şəxs qismində saxlanılıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi həyata keçirilir.

Abşeron Rayon Prokurorluğu "Report"a faktı təsdiqləyib.

Paylaş
Xəbər lentİ