Sumqayıtda narkotik çəkib sərnişin daşıyan sürücülər saxlanıldı - VİDEO

Oxunma sayı: 240
23-12-2021, 08:28

Sumqayıtda narkotik çəkib sərnişin daşıyan sürücülər saxlanıldı - VİDEO
Sumqayıtdan paytaxta sərnişin daşıyan "Ford” markalı mikroavtobusun sürücüsü Əli Qasımovun narkotik vasitənin təsiri altında olduğu aşkarlanıb.

Arasdırma.info xəbər verir ki,Daxili İşlər Nazirliyindən (DİN) Sfera.az-a verilən məlumata görə, mikroavtobusdan qablaşdırılan külli miqdarda marixuana da aşkar edilib.

Eyni əməli törədən daha bir sürücü Rövşən Zeynalovun da nəqliyyat vasitəsini narkotik vasitə və psixotrop maddələrin təsiri altında idarə etdiyi müəyyən edilib.

Hər iki sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Həyata keçirilən profilaktik tədbir zamanı nəqliyyat vasitələrini spirtli içkinin təsiri altında idarə edən və avtoxuliqanlıq hərəkətlərinə yol verərək digər hərəkət iştirakçılarının həyatını təhlükə altına qoyan sürücülər də saxlanılıblar. Bu sürücülər barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.

Paylaş
Xəbər lentİ