Bakıda tuneldə batan ikinci şəxsin kimliyi məlum oldu

Oxunma sayı: 8
Dünən, 21:08

Bakıda tuneldə batan ikinci şəxsin kimliyi məlum oldu
Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

Məlumatda deyilir:

Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə ("Sabunçu keçidi" adlanan yer) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində boğulması ehtimal edilən Laçın rayon sakini 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.



Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş
Xəbər lentİ