Axtarışda olan azərbaycanlı hərbçi yaxalandı

Oxunma sayı: 412
21-12-2019, 23:21

Axtarışda olan azərbaycanlı hərbçi yaxalandı
Volqoqrad polisinin cinayət-axtarış şöbəsinin əməkdaşları həmkarlarına münasibətdə vəzifə səlahiyyətlərini aşmaqda və onlardan pul tələb etməkdə şübhəli bilinən axtarışda olan azərbaycanlı hərbçini saxlayıblar.

Bu barədə Cahantv.az məlumat yayıb.

“Rusiya Daxili İşlər Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları Azərbaycan Respublikasından olan həmkarlarına kömək edərək, axtarışda olan xarici dövlətin hərbi qulluqçusunu müəyyən edərək saxlayıblar.

Dekabrın 20-də sözügedən şəxs qohumlarının yanında gizləndiyi Volqoqradın Dzerjinski rayonunda polis tərəfindən saxlanılıb”, - deyə bildirib.

Rusiya Daxili İşlər Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, saxlanılan şəxs Azərbaycana ekstradisiya olunması üçün prokurorluq orqanlarına təhvil verilib.

Paylaş
Xəbər lentİ