Azərbaycanda iki uşaq anası özünü toyuq hinində asdı - TƏFƏRRÜAT

Oxunma sayı: 359
4-03-2021, 16:03

Azərbaycanda iki uşaq anası özünü toyuq hinində asdı - TƏFƏRRÜAT
Salyan rayonunun Boranıkənd kəndində qadının intihar etməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Arasdırma.infonun məlumatına görə, bu gün səhər saatlarında 35 yaşlı Şölə İmanova özünü yaşadığı evin həyətindəki toyuq hinində asıb. İntiharın ailə münaqişəsi zəminində baş verdiyi ehtimal edilir. Əldə etdiyimiz məlumata əsasən, ancaq ailədə bundan əvvəl söz-söhbət və ya hansısa ciddi münaqişə olmayıb.

Ş.İmanova və həyat yoldaşının şəxsi təsərrüfatla məşğul olduğu, başqa yerdə işləmədikləri qeyd olunur. Mərhumənin iki məktəbli yaşında övladları qalıb.

Hazırda hadisənin dəqiq səbəbləri barədə Salyan rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.//lent.az

Paylaş
Xəbər lentİ