Tələbə qız qaynar su quyusuna düşdü: bədəninin 75 faizi yandı

Oxunma sayı: 332
4-03-2021, 16:12

Tələbə qız qaynar su quyusuna düşdü: bədəninin 75 faizi yandı
Rusiyanın Dzerjinski şəhərində kollec tələbəsi Petrişçeva küçəsi, 10 ünvanında qaldığı yataqxanaya gedərkən qaynar su quyusuna düşüb.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin regional şöbəsi məlumat yayıb.

Ağır yanıq xəsarətləri alan tələbə qız dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.



Quyunun əmələ gəlməsinə səbəb ərazidən keçən qaynar su boru xəttinin partlaması olub.

Tələbənin bədəninin 75 faizinin yandığı bildirilib.

Paylaş
Xəbər lentİ