Katalizatorun 1200 manat olduğunu eşidib oğurluğa başladılar.

Oxunma sayı: 276
29-05-2021, 07:14

Katalizatorun 1200 manat  olduğunu eşidib oğurluğa başladılar.
Bakının Suraxanı rayonunda “Toyota Prado” və “Toyota Prius” markalı avtomobillərin katalizorlarını oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əməliyyat zamanı Bakı şəhər sakinləri Mehman Xəlilov, İlkin Məmişov, Cambul Seyidov tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı onların Suraxanı rayonun Yeni Günəşli qəsəbəsində 5, Xətai rayonunda isə 2 nəqliyyat vasitəsinin katalizatorunu oğurladıqları məlum olub. Mehman Xəlilov, İlkin Məmişov, Cambul Seyidov ifadələrində əsasən gecə saatlarında “Toyota Prado” və “Toyota Prius” markalı avtomobillərin katalizorlarını kəsib oğurladıqlarını etiraf ediblər.

Qeyd edək ki, oğurlanan katalizatorlardan bir neçəsi Cambul Seyidova məxsus avtomobilin yük yerindən aşkar olunub.

Adları sadalanan şəxslər barəsində Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılanların digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.//lent.az

Paylaş
Xəbər lentİ