Sabirabadda məsciddə yanğın olub

Oxunma sayı: 275
2-07-2021, 04:28

Sabirabadda məsciddə yanğın olub
Sabirabadda yanğın hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Qaratuğay kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 220 m² olan birmərtəbəli məscid binasının yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sabirabad Rayon Yanğından Mühafizə Bölməsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Paylaş
Xəbər lentİ