Ərini öldürüb meyitini kolluğa atan arvad tutuldu

Oxunma sayı: 285
13-07-2021, 06:58

Ərini öldürüb meyitini kolluğa atan arvad tutuldu
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin səmərəli birgə fəaliyyəti nəticəsində 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2013-cü il fevralın 9-da Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümüş vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmayıb.

Peşəkar prokurorluq, polis və DTX-nin əməkdaşlarından ibarət olan istintaq-əməliyyat qrupunun keçirdiyi kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə müəyyən edilib ki, zərərçəkmişin arvadı Dilşad Mənəfova 2012-ci il dekabrın 27-də birgə yaşadıqları evdə olarkən saat 21 radələrində əri Mayis Mənəfov ilə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı sonuncunu öldürmək qərarına gələrək sərxoş vəziyyətindən istifadə edib mətbəx bıçağı ilə onun kürək nahiyəsinə zərbə vuraraq qəsdən öldürüb, daha sonra törətdiyi cinayəti gizlətmək məqsədilə qardaşlarının köməkliyi ilə dekabrın 28-nə keçən gecə qonşuların yatmasından və ətrafda heç kimin olmamasından istifadə edib meyiti avtomobil ilə daşıyaraq qəbirstanlığın yanındakı kolluq əraziyə atıb.

2021-ci il iyulun 12-də Dilşad Mənəfova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ərini öldürüb meyitini kolluğa atan arvad tutuldu

Paylaş
Xəbər lentİ