Bakıda 2 yaşlı körpə 3-cü mərtəbədən düşdü

Oxunma sayı: 274
16-07-2021, 07:02

Bakıda 2 yaşlı körpə 3-cü mərtəbədən düşdü
Arasdırma.info "Report"a isnadən məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Abdinov Zeynal Anar oğlu ehtiyatsızlıqdan yaşadığı binanın 3-cü mərtəbəsindən yerə yıxılaraq müxtəlif dərəcəli xəsarətlər alıb.

Körpə təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona qapalı kəllə-beyin və bədəninin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Komatoz vəziyyət müşahidə olunur.

Paylaş
Xəbər lentİ