Bakı metrosunda sərnişin qatar yoluna yıxılıb

Oxunma sayı: 292
16-07-2021, 07:18

Bakı metrosunda sərnişin qatar yoluna yıxılıb
Bakı metrosunun "Ulduz" stansiyasında sərnişinlərdən biri stansiya yoluna düşüb.

Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu səbəbdən qatarların hərəkəti dayanıb və sərnişinlər təxliyə olunub: "Hadisə saat 19:05-də baş verib. Orta yaşlı bir kişi qatar yoluna düşüb. Bu zaman stansiyaya qatar yaxınlaşırmış. Onu dayandırıb, xətlərdən gərginlik çıxarılıb və sərnişin sağ-salamat çıxarılıb".

Paylaş
Xəbər lentİ