Qurban Qurbanov bıçaqlandı: DİN TƏCİLİ MƏLUMAT YAYDI - RƏSMİ

Oxunma sayı: 257
31-07-2021, 21:45

Qurban Qurbanov bıçaqlandı: DİN TƏCİLİ MƏLUMAT YAYDI - RƏSMİ
Cəbrayıl Rayon Polis Şöbəsinin polis nəfəri, polis serjantı Qurban Qurbanovun bıçaqlanması ilə nəticələnən hadisə baş verib.

Day.Az-a bu barədə DİN-in Mətbuat Xidmətindən bildiriblər.

İyulun 30-da Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sakini Sərvan Yaqubov şərxoş vəziyyətdə xuliqanlıq hərəkətləri törədərkən Cəbrayıl Rayon Polis Şöbəsinin polis nəfəri, polis serjantı Qurban Qurbanova müqavimət göstərib və ona bıçaqla xəsarətlər yetirib.

Qeyd edək ki, polisə müqavimət göstərib, bıçaqlayan şəxs S.Yaqubov saxlanılıb.

Paylaş
Xəbər lentİ