“Prado” piyadanı vurub öldürdü, daha sonra üç maşına çırpıldı - ANBAAN VİDEO

Oxunma sayı: 294
2-08-2021, 23:48

“Prado” piyadanı vurub öldürdü, daha sonra üç maşına çırpıldı - ANBAAN VİDEO
Bu gün saat 18:09 radələrində Qaradağ rayonu, Sənqaçal qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, 90 FD 955 dövlət nömrənişanlı, "Toyota Prado" markalı avtomobilin sürücüsü idarəetməni itirərək əvvəlcə piyadanı vurub. Zərbənin gücündən piyada hadisə yerində dünyasını dəyişib. Daha sonra avtomobil yolun kənarında dayanmış 3 avtomobilə çırpılıb.
Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az-a bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Qəzanın anbaan videosunu təqdim edirik:

Paylaş
Xəbər lentİ