Bakıda ŞOK: Kişi övladını və arvadını binadan atıb? - VİDEO

Oxunma sayı: 272
3-09-2021, 01:41

Bakıda ŞOK: Kişi övladını və arvadını binadan atıb? - VİDEO
Bakının Səbail rayonunda ananın azyaşlı övladı ilə yaşadıqları evin pəncərəsindən yıxılaraq müalicə olunduqları xəstəxanada vəfat etmələri faktı ilə bağlı cinayət işi başlanıb.

Lent.az bildirir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 24 yaşlı Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı, 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri ilə bağlı Səbail rayon Prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib.

Hazırda cinayət işi üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılır.

Paylaş
Xəbər lentİ