Sumqayıtda faciə: Ölən və yaralı var

Oxunma sayı: 294
10-10-2021, 19:54

Sumqayıtda faciə: Ölən və yaralı var
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Arasdırma.info xəbər verir ki, məlumata görə, hadisə şəhərin Niyazi küçəsində qeydə alınıb.

Belə ki, 10 KV 042 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü Qiyamət Ağayev yolu keçən piyada 1961-ci il təvəllüdlü Şabanova Zərifə Qədir qızını vurub. 60 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (apa)

Paylaş
Xəbər lentİ