“Liverpul” ilə “Ayaks” pley-offda, “Beşiktaş” məğlub oldu: ÇL-də gecənin nəticələri

Oxunma sayı: 274
4-11-2021, 08:08

“Liverpul” ilə “Ayaks” pley-offda, “Beşiktaş” məğlub oldu: ÇL-də gecənin nəticələri
Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turuna yekun vurulub.

Cahantv.az xəbər verir ki, gecənin mərkəzi görüşü İngiltərənin Liverpul şəhərində baş tutub. Eyni adlı komanda Madriddə 3:2 yendiyi son İspaniya çempionu “Atletiko”nu qəbul edib. “Mersisaydlılar” yenə azlıqda qalan rəqibindən 2:0 hesabıyla üstün olmaqla pley-offa vəsiqəni vaxtından əvvəl təmin edib.

Bununla da, “Liverpul” “Bayern” və “Yuventus”dan sonra adını növbəti mərhələyə yazdıran üçüncü klub olub.

C qrupunda isə Niderland "Ayaks"ı Almaniyada "Borussiya" (Dortmund) komandası üzərində əzmkar qələbə sayəsində vaxtından əvvəl növbəti mərhələyə yüksəlib - 1:3

“Sportinq”- “Beşiktaş” oyunundan öncə matçın keçirildiyi Lissabonda xoşagəlməz hadisələr yaşanıb. Yerli tərəfdarlar “Beşiktaş”lı azarkeşlərə dəyənək, dəmir boru və kəmərlərlə hücum ediblər. Hücum nəticəsində İstanbul klubunun xəsarət alan üç tərəfdarı xəstəxanaya yerləşdirilib. Meydançada isə Türkiyə Superliqası təmsilçisi ötən tur doğma sahədə üzləşdiyi 1:4 hesablı acı məğlubiyyətin qisasını ala bilməyib və bu azmış kimi, öz qapısından dörd cavabsız qol buraxaraq yenə rüsvay olub.

Çempionlar Liqası

IV tur

A qrupu

“Mançester Siti” (İngiltərə) – “Bruqqe” (Belçika) 4:1


“Leypsiq” (Almaniya) – PSJ (Fransa) 2:2


B qrupu

“Milan” (İtaliya) – “Portu” (Portuqaliya) 1:1

“Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) 2:0


C qrupu

“Borussiya” (Dortmund, Almaniya) – “Ayaks” (Niderland) 1:3


“Sportinq” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə) 4:0


D qrupu

“Real” (İspaniya) – “Şaxtyor” (Ukrayna) 2:1


“Şerif” (Moldova) – “İnter” (İtaliya) 1:3




Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin dördüncü turu çərçivəsində növbəti görüşlər keçirilir.

Cahantv.az xəbər verir ki, qarşılaşmalardan ikisi artıq başa çatıb.

“B” qrupunun son pillələrində qərarlaşan “Milan”la “Portu”nun qarşıdurması sülhlə nəticələnib - 1:1.

İtalyanlar ötən turdakı minimal hesablı məğlubiyyətin əvəzini çıxa bilməyiblər.

Başa çatmış digər oyunda isə Madrid “Real”ı İspaniya paytaxtında Donetsk “Şaxtyor”unu qonaq edib. Ötən tur Ukraynada rəqibini 5 cavabsız qolla darmadağın edən kral klubu bu dəfə də üstün olub. Benzemanın dublu komandaya növbəti 3 xalı qazandırıb – 2:1.

Onun 14-cü dəqiqədə vurduğu ilk qol isə Madrid klubunun tarixində mininci Avrokubok qolu olub. Bununla da, “Real” qitə miqyaslı turnirlərdə qollarının sayını minə çatdıran birinci klub olub.

Paylaş
Xəbər lentİ