"Qarabağ" "Nant"a böyük hesabla qalib gəldi

Oxunma sayı: 160
16-09-2022, 03:04

"Qarabağ" "Nant"a böyük hesabla qalib gəldi
Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilir.

Arasdırma.info xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” qrupda ilk ev oyununa çıxıb.


Qurban Qurbanovun komandası Fransa “Nant”ını qəbul edib.

Ağdam klubu bu görüşdə inamlı qələbə qazanıb - 3:0.

Qrupun digər oyununda “Olimpiakos” Yunanıstanda “Frayburq”u qəbul edib. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticələrdən sonra "Frayburq" 6 xalla qrup lideri, "Qarabağ" 3 xalla 2-ci, "Nant" eyni xalla 3-cüdür. Xal qazanmayan "Olimpiakos" isə sonuncudur.

Paylaş
Xəbər lentİ