Hokkey tarixində ən uzun sürən oyun keçirilib

Oxunma sayı: 763
13-03-2017, 13:47

Hokkey tarixində ən uzun sürən oyun keçirilib

Hokkey üzrə Norveç çempionatının 1/4 final mərhələsi çərçivəsində keçirilən "Storhamar" - "Sparta" görüşü bu idman növünün tarixində ən uzun sürən oyun olub.

arasdirma.info-ın məlumatına görə, Hamar şəhərində baş tutan matç 217 dəqiqə 14 saniyə çəkib və 11 dövrəni əhatə edib.

Yerli vaxtla saat 18:00-da başlayan oyun 02:32-də başa çatıb və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, əvvəlki rekord 1936-cı ildə Milli Hokkey Liqasında "Detroyt"la "Monreal" arasında baş tutan matça təsadüf edib. Həmin vaxt hokkeyçilər 176 dəqiqə 30 saniyə buz üzərində qalıblar.

Paylaş
Xəbər lentİ