Şəhriyar Məmmədyarov hind ustalara qarşı: İki qələbə, bir bərabərlik, bir məğlubiyyət

Oxunma sayı: 133
17-10-2022, 02:19

Şəhriyar Məmmədyarov hind ustalara qarşı: İki qələbə, bir bərabərlik, bir məğlubiyyət
“Meltwater Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turniri davam edir.

Arasdırma.info xəbər verir ki,“Report”un məlumatına görə, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov turnirin üçüncü günündə daha 4 oyun keçirib.

Maraqlıdır ki, Məmmədyarovun üçüncü gündəki bütün rəqibləri Hindistan təmsilçiləri olublar.

Günün ilk görüşündə (9-cu turda – red.) Arjun Eriqaisiyə qalib gələn Azərbaycan qrossmeysteri ardınca Santoş Viditlə bərabərliyərazılaşıb.

11-ci turda Dommaraju Qukeşə məğlub olan “Şah” günü Pentala Harikrişna üzərində qələbə ilə başa vurub.

Beləliklə, 4 oyunun ikisində qələbə qazanıb, birində heç-heçə edən, bir görüşdə isə uduzan Məmmədyarov 23 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Paylaş
Xəbər lentİ