Çempionlar Liqası: “Atletiko” evdə, “Barselona” səfərdə qalib gəldi

Oxunma sayı: 122
11-04-2024, 01:51

Çempionlar Liqası: “Atletiko” evdə, “Barselona” səfərdə qalib gəldi
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində bu gün daha iki oyun keçirilib.

Arasdırma.infonun məlumatına görə, günün qarşılaşmaları Madrid və Parisdə baş tutub.

“Atletiko” doğma arenada Dortmund “Borussiya”sını qəbul edib. Ev sahiblərinin vurduqları iki qoldan qonaqlar yalnız birinin əvəzini çıxmağı bacarıblar - 2:1.


Digər görüşdə “Barselona” PSJ-nin qonağı olub. Qol duelini xatırladan qarşılaşmanın sonunda katalon klubu sevinib - 2:3. Qonaqların heyətində Rafinya dublla yadda qalıb.//Cahantv.az

Paylaş
Xəbər lentİ