"Borussiya"dan qələbə, "Yuventus" uduzdu - Yenilənib

Oxunma sayı: 353
18-02-2021, 02:45

"Borussiya"dan qələbə, "Yuventus" uduzdu - Yenilənib
Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları davam edir.

Arasdırma.info xəbər verir ki, bu gecə daha iki görüş keçirilib.

"Yuventus" səfərdə "Portu"nun qonağı olub və 1:2 hesabı ilə uduzub. Günün digər matçında isə "Sevilya" Dortmund "Borussiya"nı qəbul edib. Görüş qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunları martın 9-u keçiriləcək.


17 fevral

Çempionlar Liqası

1/8 finalın ilk oyunları


00:00.“Portu” (Portuqaliya) - “Yuventus” (İtaliya) - 2:1
Qollar: Taremi, 2 (1:0), Mareqa, 46 (2:0), Kyeza, 83 (2:1)

00:00.“Sevilya” (İspaniya) - "Borussiya” (Dortmund, Almaniya) - 2:3
Qollar: Suso, 7 (1:0), Dahoud, 19 (1:1), Holand, 27 (1:2), 43 (1:3), Luuk de Yonq, 84 (2:3)


16 fevral

“Barselona” (İspaniya) - PSJ (Fransa) - 1:4

“Leypsiq” (Almaniya) – “Liverpul” (İngiltərə) - 0:2
(Qol.az)

Paylaş
Xəbər lentİ