“Mercedes”in pilotu Valtteri Bottas Formula 1 Azərbaycan Qran-Prisinin qalibidir YENİLƏNİB

Oxunma sayı: 645
29-04-2019, 02:26

“Mercedes”in pilotu Valtteri Bottas Formula 1 Azərbaycan Qran-Prisinin qalibidir YENİLƏNİB
“Mercedes” komandasının finlandiyalı pilotu Valtteri Bottas Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin qalibi olub. O, 51 dövrəni hamıdan tez – 1 saat 31 dəqiqə 52,942 saniyəyə başa vurub.

AZƏRTAC xəbər verir ki, onun komanda yoldaşı Luis Hamilton ikinci olub. Britaniyalı pilot komanda yoldaşından 1,524 saniyə geri qalıb.

İlk üçlüyü “Ferrari” komandasının sürücüsü Sebastian Fettel tamamlayıb (11,739 saniyə).

“Mercedes” komandası bu qələbə ilə Formula 1 üzrə dünya çempionatları tarixində yeni rekorda imza atıb. Belə ki, ilk dəfə olaraq ardıcıl dörd Qran-Pridə bir komandanın hər iki pilotu yürüşləri ilk iki pillədə başa vurub.

Paylaş
Xəbər lentİ