Kubalı boksçu azərbaycanlı xanımla nişanlandı.

Oxunma sayı: 344
5-03-2021, 23:29

Kubalı boksçu azərbaycanlı xanımla nişanlandı.
Boks millimizin kubalı üzvü Azərbaycanda subaylığın daşını atıb.

Arasdırma.info “Cahantv.az”a istinadən xəbər verir ki, Alfonso Dominqes azərbaycanlı xanımla nişanlanıb.

II Avropa Oyunlarının qalibi, 81 kq çəki dərəcəsində yarışan legioner Türkiyəyə getməzdən öncə özünə nişan edib. Mərasimdə Olimpiya mükafatçısı, I Avropa Oyunlarının qalibi olmuş digər kubalı legionerimiz Lorenso Sotomayor da iştirak edib.

Qeyd edək ki, boks millimiz hazırda Türkiyənin Kastamonu bölgəsində təlim-məşq toplanışı keçir. Alfonso Dominqes də həmin hazırlıq prosesində iştirak edir.

Paylaş
Xəbər lentİ