Mahir Emreliyə böyük maraq: Avropa klubları oyununu izləməyə gedir - SİYAHI

Oxunma sayı: 235
17-10-2021, 12:02

Mahir Emreliyə böyük maraq: Avropa klubları oyununu izləməyə gedir - SİYAHI
Mahir Emreli Avropanın aparıcı klublarının maraq dairəsinə düşüb.

Arasdırma.info xəbər verir ki, bu barədə sportowefakty.wp.pl portalı xəbər yayıb. İddia olunub ki, Almaniyanın "Herta Berlin", "Hoffenmhaym" və "Borussiya" (Mönxenqladbax), İtaliyanın "Fiorentina", Fransanın "Lill", Danimarkanın "Midtüllan" və Çexiyanın "Slaviya" (Praqa) klubları "Legia"da çıxış edən futbolçumuzla maraqlanır.

Məlumata görə, həmin klubların skautları 24 yaşlı hücumçunun oyununu izləyəcəklər. Onlar forvardı iş başında görmək üçün Varşava təmsilçisinin evdə "Lex"ə qarşı keçirəcəyi Ekstraklasanın XII tur matçına tribunadan canlı baxacaqlar.

Qeyd edək ki, bu gün oynanılacaq "Legiya" - "Lex" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.//fanat

Paylaş
Xəbər lentİ