Dövlətin gəlirləri artıb, xərcləri isə azalıb - FOTO

Oxunma sayı: 405
18-03-2021, 21:52

Dövlətin gəlirləri artıb, xərcləri isə azalıb - FOTO
2021-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri 2 milyard 320,9 milyon manat, xərcləri isə 1 milyard 231,9 milyon manatı təşkil edib.

Arasdırma.info xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, 2020-ci ilin yanvar ayı ilə müqayisədə büdcə gəlirlərinin həcmi 26,1 faiz artıb, büdcə xərclərinin həcmi isə 12,2 faiz azalıb.

Belə ki, yanvar ayında büdcəyə hüquqi şəxslərin gəlir vergisi üzrə 476,9 milyon manat, əlavə dəyər vergisi üzrə 458,6 milyon manat, fiziki şəxslərin gəlir vergisi üzrə 81,8 milyon manat, aksizlər üzrə 81,5 milyon manat, xarici iqtisadi fəaliyyətlə bağlı vergilər üzrə 81,2 milyon manat vəsait daxil olub.

Həmçinin, büdcə daxilolmalarının 37,4 milyon manatı sadələşdirilmiş vergilər hesabına, təxminən 27,8 milyon manatı vergilərin digər növləri üzrə vəsaitlər və 1 milyard 75,7 milyon manatı vergi olmayan gəlirlər hesabına formalaşıb.//Cahantv.az

Paylaş
Xəbər lentİ