Qışzıl və gümü məhsulların qiyməti 18 faiz endirildi

Oxunma sayı: 443
19-03-2021, 19:09

Qışzıl və gümü məhsulların qiyməti 18 faiz endirildi
Bu gündən etibarən “AzerGold” QSC qızıl və gümüş sikkələrin, həmçinin qızıl külçələrinin qiymətini aşağı endirib.
Arasdırma.info bildirir ki, Cahantv.az-ın əldə etdiyi məlumatına görə, dağ-mədən sahəsi üzrə ixtisaslaşmış dövlət şirkəti olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti yerli qızıl və gümüşdən istehsal olunaraq pərakəndə bazara çıxardığı qızıl və gümüş sikkələrin, eləcə də qızıl külçələrin satış qiymətlərinə yenidən baxıb.

Dövlət şirkəti istehsal etdiyi məhsulları bu gündən daha aşağı qiymətlə satışa çıxarıb. “AzerGold”un pərakəndə bazara çıxardığı məhsulların qiyməti əvvəlki qiymətlərlə müqayisədə 18 faiz daha ucuzlaşıb. Sözügedən sikkə və külçələr Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl mədənindən hasil edilmiş qızıl və gümüşdən hazırlanır.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 9 mart 2021-ci il tarixli Fərmanı ilə təsdiq edilən Vergi Məcəlləsinə dəyişikliklər dövlət şirkətinin qızıl məhsullarının qiymətinin endirməsinə hüquqi zəmin yaradıb.

Belə ki, müvafiq dəyişiklər nəticəsində platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın ölkəyə idxalı, eləcə də külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib.

Paylaş
Xəbər lentİ