Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 18-dən etibarən ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə qərarına uyğun olaraq Qobustan Milli Tarix-Bədii Qoruğunun fəaliyyəti bərpa olunub.
Qoruğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydaları və metodiki göstərişlərinə əsasən ziyarətçilər qoruğu 10 nəfərdən artıq olmayan qruplarla, sosial məsafə və sanitar-epidemioloji qaydalara əməl etmək şərti ilə ziyarət edə bilərlər.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70