"O qədər sevinirəm ki, sevincdən dəli oluram..." - Roza Tağıyeva

Oxunma sayı: 350
7-12-2020, 04:33

"O qədər sevinirəm ki, sevincdən dəli oluram..." - Roza Tağıyeva
Torpaqlarımızın işğaldan azad olunması xəbərinə sevinənlər sırasında Xalq artisti, məşhur diktor Roza Tağıyeva da var.



Arasdırma.info xəbər verir ki, Roza Tağıyeva sevincini bu sözlərlə dilə gətirib.



“Siz bilirsiz ki, mən heç vaxt müsahibə vermirəm, bu mənim həyat prinsipimdir. Bütün jurnalistlər bunu bilib mənə çox nadir hallarda zəng edirlər. Əminəm ki, bunu siz də bilirsiz (gülür). Amma sevincimi istərdim qısaca olaraq bu sözlərlə ifadə edim. Hamının dilində bu dəqiqə bir söz var - qalib Azərbaycan! Bəli, uzun illərdir biz bu qalibiyyəti, zəfər günlərini gözləyirdik. Bizə bu qalibiyyəti yaşadanlar var. Onlar bizim şəhidlərimiz, əsgərlərimiz, hərbçilərimiz, bir də prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevdir. Görün onun necə böyük bir siyasəti var. O qədər sevinirəm ki. Sevinmirəm ee, sevincdən dəli oluram. Xalqımızla fəxr edirəm, qoy sevincimiz, qələbəmiz daimi olsun” - deyə Roza Tağıyeva bildirib.Moderator.az

Paylaş
Xəbər lentİ