Mədəniyyət TV-nin fəaliyyətinə yüksək qiymət: “Qızıl Ləyaqət Xaçı”

Oxunma sayı: 402
7-12-2020, 17:46

Mədəniyyət TV-nin fəaliyyətinə yüksək qiymət: “Qızıl Ləyaqət Xaçı”
“Mədəniyyət” kanalının direktoru, Əməkdar artist Ramil Qasımov Macarıstanın “Qızıl Ləyaqət Xaçı” mükafatı ilə təltif olunub. Macarıstan Prezidenti Yanoş Ader macar mədəniyyətinin Azərbaycanda populyarlaşmasında Mədəniyyət TV-nin müstəsna rolunu qiymətləndirərək onu bu mükafata layiq görüb.

Arasdırma.info xəbər verir ki, təltifolunma mərasimi Macarıstanın Azərbaycandakı səfirliyində keçirilib. Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi çıxış edərək telekanalın macar ədəbiyyatı, musiqisi, incəsənətinin Azərbaycan ictimaiyyətinə çatdırılmasında böyük rol oynadığını bildirib.


Ramil Qasımov Macarıstan Prezidentinə, həmçinin mükafatı təqdim edən səfir Viktor Sederkenyiyə Mədəniyyət TV-yə və onun işinə göstərilən etimada görə təşəkkür edib.//Azərtac
Mədəniyyət TV-nin fəaliyyətinə yüksək qiymət: “Qızıl Ləyaqət Xaçı”
Mədəniyyət TV-nin fəaliyyətinə yüksək qiymət: “Qızıl Ləyaqət Xaçı”

Paylaş
Xəbər lentİ