Xalq artisti koronavirusdan vəfat etdi

Oxunma sayı: 374
22-12-2020, 22:44

Xalq artisti koronavirusdan vəfat etdi
Koronavirusa yoluxan Xalq artisti Sabir Əliyev 72 yaşında vəfat edib.

Arasdırma.info xəbər verir ki, bu barədə prodüser Sənan Sərdaroğlu məlumat verib.

Qeyd edək ki, S.Əliyev Kürdəxanı qəsəbəsində xəstəxanaya yerləşdirilmişdi. Ailəsi Axşam.az-a açıqlamasında onun səhhətinin getdikcə pisləşdiyini demişdi.

Xatırladaq ki, Sabir Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. O, 1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilib və 42 ildir ki, teatrın muğam bölməsinin solistidir.

S.Əliyev müxtəlif səhnələrdə, radio və telekanallarda, Türkiyə, BƏƏ, Rusiya, Fransa, İsveçrə, İran, Misir, Nigeriya və b. ölkələrdə qastrol səfərlərində olmuş və böyük uğurla çıxış edib.

Sabir Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə Azərbaycanın "Əməkdar artisti" , 2017-ci ildə " Xalq artisti" fəxri adına layiq görülüb.//Axsam.az

Paylaş
Xəbər lentİ