Almaz Mustafayevanın vəfatı ilə bağlı nekroloq

Oxunma sayı: 378
27-12-2020, 01:12

Almaz Mustafayevanın vəfatı ilə bağlı nekroloq
Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı Əməkdar artist Almaz Mustafayevanın vəfatı ilə bağlı nekroloq verib.
Məlumatda deyilir:

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. 26 dekabr 2020-ci ildə Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Almaz Mustafayeva dünyasını dəyişib.

Almaz Mustafayeva 01 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. Azərfilm kinostudiyasının nəzdində 3 illik "kinoaktyorluq" kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 01-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır.

O, 1997-ci ildə "Qızıl Dərviş" mükafatı ilə təltif olunub. 2013-cü ilin iyun ayının 25-də Əməkdar Artist fəxri adına layiq görülüb. 2014-cü ildə Beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılmışdır.

O səhnədə canlandırdığı bir çox rolları ilə tamaşaçıların sevgisini qazanıb. Sadıx - "Mənim nəğməkar bibim", Ə.Əylisli, Qaraca qız - "Qaraca qız", S.S. Axundov, A.Şaiq, Bahar - "Ana laylası", İ.Coşğun, Ramo - "Əlvida Hindistan", Q.Rəsulov, Əhməd - "Tamahkar", S.S.Axundov, Aycan, Sevinc gülü - "Aycan", X.Əlibəyli, Gəlincik - "Gəlincik", A.Şaiq, Qadın - "Ah, qadınlar, qadınlar", M.Haqverdiyev, I Xanım - "Yatmış gözəl" B.Marvin və başqa qəhrəmanları xüsusən də balacalar tərəfindən böyük maraqla qarşılanıb.

Sevilən aktrisa Almaz Mustafayevanın xatirəsi tamaşaçıların, həmkarlarının, əzizlərinin qəlbində əbədi yaşayacaq.//Big.az

Allah rəhmət eləsin!

Paylaş
Xəbər lentİ