Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirinə mahnı bəstələndı -VİDEO

Oxunma sayı: 422
30-12-2020, 20:16

Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirinə mahnı bəstələndı -VİDEO
Azərbaycanla Türkiyə arasındakı köklü əlaqələrə diqqət çəkmək istəyən musiqiçi Murad Gönüllü Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin müəllifi olduğu “Azərbaycan-Türkiyə” şeirini notlara çevirib.

APA-nın məlumatına görə, M. Gönüllü iki ölkənin eyni dini, dili, tarixi, mədəniyyəti və ümumi gələcək idealı olduğunu vurğulamaq istədiyini qeyd edib.

“Azərbaycan Qarabağda böyük bir uğur qazandı. Bu münasibətlə iki ölkənin nümunəvi həmrəyliyinə dəstək olmaq və Azərbaycanın Türkiyədəki təbliğatına töhfə vermək üçün Azərbaycan- Türkiyə mahnısını bəstələdim və oxudum”, - o vurğulayıb.


Musiqiçi tərəfindən ifa edilən mahnının aranjimançısı Fərid Mərddir. Murad Gönüllü və Stare Yıldırımın rejissorluğu ilə “kollaj texnikası” ilə hazırlanan klipin studiya və post istehsalı İstanbul Film Makers şirkətinin dəstəyi ilə hazırlanıb.


Paylaş
Xəbər lentİ