Daha bir Mədəniyyət işçisi vəfat etdi.

Oxunma sayı: 379
31-12-2020, 14:51

Daha bir Mədəniyyət işçisi vəfat etdi.
Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Ağaxan Şərifov dekabrın 31-də 58 yaşında dünyasını dəyişib.

Arasdırma.info Publika.aza istinadən xəbər verir ki, bu barədə aktyorun həmkarı Elçin İmanov məlumat bildirib.

Onun sözlərinə görə, A.Şərifov xərçəng xəstəliyindən əziyyət çəkirdi.


Qeyd edək ki, A.Şərifov 22 oktyabr 1962-ci ildə Ağsuda anadan olub. O, Gənclər Teatrında (1990-1996), İlham Miniatür Teatrında (1993-2007) çalışıb. 2007-ci ildən isə Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru idi. Burada səhnə fəaliyyətinə başlayandan biri-birindən maraqlı obrazlar yaratmışdı. Eyni zamanda "Nə gözəldir bu dünya...” (1999), "Əlavə təsir” (2010), "Yazıçı” (2013) kimi filmlərdə çəkilmişdi.

Daha bir Mədəniyyət işçisi vəfat etdi.

Paylaş
Xəbər lentİ