Nizami rayon MKTB- rəisinin özbaşınalığı.

Oxunma sayı: 329
14-09-2022, 04:29

Nizami rayon MKTB- rəisinin özbaşınalığı.
Dəfələrlə məmur özbaşınalığı haqqında yazmışdıq.Bu günki mövzu Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Firdovsi Cəbrayılovun özbaşınalığı haqqındadır.
Belə ki,Nizami rayonunda ,əsasən bazar ətrafındakı natəmizlik,antisanitariya,küçə ticarəti dözülməz hala çatıb.Mənzil İstismar sahələri öz işinin öhdəsindən gələ bilmir.
MKTB-nin rəisi Firdovsi Cəbrayılovun isə başı büdcəni dağıtmağa qarışıb.
Arasdırma.info xəbər verir ki,Əslən Masallıdan olan Firdovsi Cəbrayılov biznesmendir.Məlumata görə onun bir sıra kommersiya müəssisəsi və "obyektləri"fəaliyyət göstərir.Qanunla bizneslə məşğul olan adam dövlət işində çalışa bilməz.
Mənbənin bildirdiyinə görə,Firdovsi Cəbrayılov hətta əvvəllər Səbayıl rayon Bələdiyyəsinin sədri işləyən zaman da işinin öhdəsindən gələ bilmədiyi üçün işindən uzaqlaşdırılmışdı.Hazırda Nizami rayonu ərazisini də şəxsi obyekti hesab edir.Lakin rayon ərazisini öz şəxsi obyekti kimi bazara çevirib.
Dövlət vəsait ayırır, vətəndaşlar ərazi istismar idarələrinə aylıq vəsait ödəyir, amma Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti qarşıda duran problemləri həll etmir. Əslində həll etmək istəsə də,Firdovsi Cəbrayılov kimi məmur özbaşınalığı buna mane olur.Məsələn, Nizami rayonunda bir neçə məhəllənin sakinləri həyətdə besetka və oturacaqların bərbad vəziyyətindən, həyətdə gecə işıqlandırmasının olmamasından, sakinlərə yaradılmalı olan minimum şəraitin yoxluğundan, binanın təmirsiz olmasından gileylənirlər. Sakinlər ətrafdakı binaların təmirli, onların yaşadığı binanın bərbad vəziyyətdə olmasını, bu şəraitdə yaşamalarını həzm edə bilmirlər. O cümlədən hesab edirlər ki,məlum qrumun rəhbərlərinin yaşadıqları mənzillərin bloku belə bərbad halda olarsa onlar bunu qəbul edərlərmi?!
Bu kimi suallara cavab almaq üçün Arasdırma.info olaraq Nizami rayon MKTB-nin rəisi Firdovsi Cəbrayılovun qəbukuna getdik.Qəbul günü olduğuna baxmayaraq vətəndaşları qəbul etmək onun gündəliyində yoxdur.Katibəni də yalan danışmağa məcbur edir..Gəlib gedənə deyir:" Rəis yoxdur,ərazidədir."Halbu ki,kabinetində oturub,yeyib içməklə məşğuldur.
Nizami rayon MKTB- rəisinin özbaşınalığı.
Mobil nömrəsinə bir neçə dəfə zəng etsək də telefona cavab vermədi.İş günü bitti və saat 18-00 da otağından çıxmalı olduğu halda işıqları söndürüb qapını bağladı.
Qısası bu kimi məmurları işdən azad etmək və işləyən,bacarıqlı kadrlara üstünlük vermək lazımdır.
Məsələ ilə bağlı Bakı şəhər və Nizami rayon İcra Hakimiyyətiə müraciət olunub.Onun fəaliyyəti və büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı isə, Hesablama Palatası və Maliyyə Nazirliyinə sorğu göndərmişik.Bizi izləyin nəticələr barədə məlumat verəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Nizami rayon MKTB- rəisinin özbaşınalığı.
Nizami rayon MKTB- rəisinin özbaşınalığı.
Nizami rayon MKTB- rəisinin özbaşınalığı.

Paylaş
Xəbər lentİ