Bakıda daha 3 iş adamı həbs olundu - YENİLƏNİB - FOTO

Oxunma sayı: 244
16-05-2021, 00:09

Bakıda daha 3 iş adamı həbs olundu - YENİLƏNİB - FOTOBakıda daha 3 iş adamı həbs olundu - YENİLƏNİB - FOTO
"Anar Bəkirovun həbs edilməsi ilə bağlı yayılan məlumatlar düzgün deyil. Ola bilsin ki, Beynəlxalq Bankla bağlı dindirilməyə çağırılıb".

Bunu anspress-ə açıqlamasında "Simurq" Peşəkar İdman Klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib.

O bildirib ki, məsələ ilə bağlı hələ klub prezidenti ilə danışmaq imkanı olmayıb: "Mən hazırda Zaqataladayam və Bakıya gəlirəm. Faktla bağlı məlumat öyrəndikdən sonra daha ətraflı mətbuata açıqlama verəcəyik", - deyə Rüstəm Allahverdiyev bildirib.

--------

11:35

Azərbaycanda son günlər kredit oliqarxlarının həbs dalğasına daha 3 nəfər qoşulub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu dəfə saxlanılanlar da Beynəlxalq Bankdan külli miqdarda kredit götürənlərdir.

Həmin banka 200 milyon dollar borcu olan "Riyad-Farm" əczaçılıq şirkətinin sahibi Həsən Şərifov və şirkətin icraçı direktoru Aqil Quliyev saxlanılıblar.

Həbs olunanların siyahısında "Simurq" futbol klubunun prezidenti Anar Bəkirov da var. Saxlanılan hər üç şəxs "bandotdel"ə aparılıb.

Qeyd edək ki, Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyev həm "İnter" klubunun, həm "Simurq"un prezidentidir. Son günlər hər iki klubun dağılması ilə bağlı mediada xəbərlər yayımlanırdı.

Xatırladaq ki, ötən həftədən Azərbaycanda "Beynəlxalq Bank"a krediti olan bir neçə məşhur iş adamı həbs olunub. Onlardan bəziləri "bandotdel"də dindiriləndən sonra buraxılsa da, bir neçəsi ilə bağlı həbs qəti imkan tədbiri seçilib. Həbs olunanlar arasında neft oliqarxı Nizami Piriyev, "Globus Plaza"nın sahibi, eks-deputat Dünyamin Xəlilov, "Azimport" şirkətinin sahibi, Bayraq Meydanının eks-rəisi Rəşad Məmmədov, "İnter Glass" şirkətinin prezidenti Fariz Muradov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov və başqaları var.

Paylaş
Xəbər lentİ