Deputat izləyicilərini vicdansız adlandırdı - ETİRAZ - FOTO

Oxunma sayı: 286
18-05-2021, 20:45

Deputat izləyicilərini vicdansız adlandırdı - ETİRAZ - FOTO
Milli Məclisin deputatı Etibar Əliyevin "facebook" izləyicilərini vicdansız adlandırması geniş müzakirələrə səbəb olub.

Arasdırma.info xəbər verir ki, deputat paylaşımında bu sözləri yazıb:

"Facebookda 5000 dostum var. Əziz dostlarım! Mənim paylaşımlarıma kim münasibət bildirmək istəmirsə, tərk etsin dostluğu. Bunu etməyən şəxsi vicdansız hesab edirəm. Yük olmaq lazım deyil. Mən təhsil və elm barədə ciddi paylaşmalar edəcəm. Dostluq üçün çoxsaylı müraciətlər var. Əks təqdirdə inciməyin özüm dostluqdan çıxaracam".


Qeyd edək ki, E.Əliyevin sözügedən paylaşımı ciddi etirazla qarşılanıb və izləyiciləri tərəfindən qınanılıb.

"Facebook" istifadəçiləri millət vəkilinə yaraşmayan bu hərəkətini sərt tənqid ediblər. //lent.az

Paylaş
Xəbər lentİ