Rusiya üç tərəfli bəyanatın şərtlərini həll etməyə dördüncü qüvvə istəmir - Azərbaycanın FİKRİ QƏTİDİR

Oxunma sayı: 255
3-09-2021, 00:17

Rusiya üç tərəfli bəyanatın şərtlərini həll etməyə dördüncü qüvvə istəmir - Azərbaycanın FİKRİ QƏTİDİR
"Ermənistan tərəfi qondarma respublikanın statusu ilə bağlı məsələsinin həll edilmədən sülh sazişi imzalamaqdan boyun qaçırmağa çalışacaq. Ancaq zənn edirəm ki, bu məsələ bir xeyli müddət qapalı qutuda qalacaqdır".

Bu açıqlamanı Metbuat.az-a politoloq Elman Vəliyev bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfinin mövqeyi bəllidir, status yoxdur.

"Ehtimal edirəm ki, ilk öncə kommunikasiyaların açılması mümkün olacaqdır. Azərbaycan digər şərtlərinin də yerinə yetirilməsini təmin etməyə çalışacaq. Bunun bir neçə yolla həyata keçirdə bilər. Mirzoyanın Moskvada "qondarma respublikanın" müqəddəratının həll edilməsini dilə gətirməsi önəmli məsələdir. Ancaq Lavrov bu məsələni dilə gətirmədi, çünki aydındır ki, əgər bunu dilə gətirsə Azərbaycan tərəfinin hiddətinə səbəb olacaq və vəziyyət gərginləşməyə doğru gedəcək. Rusiya bir daha bildirdi ki, Minsk qrupuna ehtiyac yoxdur. Rusiya xarici işlər naziri Sergey Lavrov həmkarı Ararat Mirzoyanla görüş zamanı söylədi ki, 3 tərəfli bəyanata yenidən baxılması deyil icrası əsasdır. Yəni Rusiyanın digər qüvvələrə imkan verməyəcəyini diplomatik dillə demiş oldu".

Paylaş
Xəbər lentİ