Aliment borcuna görə həbsdə olanların sayı açıqlandı

Oxunma sayı: 197
23-07-2022, 03:00

Aliment borcuna görə həbsdə olanların sayı açıqlandı
Aliment tələbinə dair icra sənədləri üzrə 2022-ci ilin birinci yarımilində 5 minədək borclu axtarışa verilib.

Arasdırma.info xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, onlardan 3500-dək borclu hesabat dövrünün sonuna axtarışda olub.


İlin birinci yarımilində icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 1000-dən çox borclunun barəsində inzibati həbs tətbiq olunub.//lent.az

Paylaş
Xəbər lentİ