QHT rəhbərləri məhəməyə müraciət edəcək.

Oxunma sayı: 1 806
16-01-2019, 15:36

QHT rəhbərləri məhəməyə müraciət edəcək.
QHT rəhbərləri məhəməyə müraciət edəcək.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına edilən müraciətlərin xeylisi nəticəsiz qalıb.41 QHT qrant müsabiqəsində iştirak edib və nəticədə onara qrant ayrılması məsələsi həyata keçməyib.QHT rəhbərləri narazılıqlarını bildirərək müxtəlif instansiyalara müraciət etməyi planlaşdırır.Onların müraciətlərinə baxılmaması,müxtəlif bəhanələrlə etiraz edilməsi,qrant ayrılmasının digər QHT-lərə verilməsi və eyni zamanda hər dəfə eyni QHT-lərin qrant aylması heç də düzgün deyil .Regionların iqtisadi inkişafı üçün nəzərdə tutulan “Muğan”adlı Ictimai Birlik Qeyri Hökumət Təşkilatının rəhbəri İsayev Rəşad Siman oğlu öz fikirlərini ”Azərbaycan İnsan haqqları” jurnalına danışdı.

“Bizim yaratdığımız QHT regionlarda sağlam mühitin yaradılması,gənclərin müxtəlif peşə sahibi kimi işlə təmin olunması,zərərli vərdişlərdən uzaq olması,siqaret,içki və çayxanalardan az istifadə edilməsi iıə yanaşı onların idmanla məşğul olmaları üçün şəraitin yaradılması və s. kimi məsələlər durur.Təşkilatımızın ofisində gənclər üçün mütəmadi görüşlər təşkil edərək pulsuz intrnetdən istifadə etmək kimi məsələləri həll etmişik.Lakin bunun üçün müəyyən qrant aylınması və daha artıq işlər görmək edərək, maariflənmə ,özləri üçün münasib iş axtarmaq,dostlarla debatlar təşkil etmək ,ofisimizin və işçilərimizə əmək haqqı vermək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müraciət etmişik.Müraciətimizə baxılması 6 ay çəkib.Bundan sonra müxtəlif bəhanələr gətirilərək,nöqsanların olduğu və bu nöqsanların aradan qaldırılması şəraitində bu yardımların verilməsi reallaşa biləcəyni qeyd etdilər.”

Daha sonra dəfələrlə müraciətimizə baxmayaraq bir ildən artıqdır ki,məsələ gündəmdə qalıb.

Redaksiya tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müraciət edərək məsələyə aydınlıq gətirilməsini xahiş etdik.Şuradan verilən məlumatı olduğu kimi veririk.

“ Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyasının iclası keçirilib.
Şura üzvü Sahib Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2019-cu il birinci qrant müsabiqəsinin nəticələri ilə razılaşmayan 41 QHT-nin müraciətinə baxılıb. Geniş müzakirə şəraitində keçən iclasda komissiyaya təqdim olunmuş hər bir layihə yenidən nəzərdən keçirilib və onların hazırlanmasında yol verilmiş nöqsanlar QHT rəhbərlərinin diqqətinə çatdırılıb.
Şura ilk dəfə olaraq 2019-cu ildən etibarən sağlamlıq imkanları məhdud olan, regionlarda fəaliyyət göstərən və hər hansı üzrlü səbəbdən iclasa gələ bilməyən QHT nümayəndələrinə Apelyasiya Komissiyasının iclaslarında onlayn (video görüntülü) şəkildə iştirak etmək imkanı yaradıb. Xaricdə səfərdə olan (Türkiyə və İtalya) və regionlarda fəaliyyət göstərən (Zərdab və Lənkəran) 4 QHT-nin nümayəndəsi Komissiyayanın iclasına onlayn şəkildə qatılıb.
Apelyasiya Komissiyası müzakirələrdən sonra hər bir müraciəti fərdi qaydada araşdıraraq müvafiq qərarlar qəbul edib.
QHT rəhbərləri məhəməyə müraciət edəcək.

Rəşad İsayev

Paylaş
Xəbər lentİ