2019-cu ildə təyyarə qəzalarında ölənlərin sayı AÇIQLANDI

Oxunma sayı: 436
2-01-2020, 17:52

2019-cu ildə təyyarə qəzalarında ölənlərin sayı AÇIQLANDI
Ötən il təyyarə qəzalarında 257 nəfər ölüb

2019-cu ildə baş verən təyyarə qəzalarında 257 nəfər həlak olub.

Arasdırma.info Lenta.ru-ya istinadla bildirir ki, bu rəqəm To70 konsaltinq şirkətinin “2019 mülki aviasiyanın icmalı” illik hesabatında öz əksini tapıb.

Məlumata görə, 2019-cu ildə dünyada cəmisi 86 aviasiya qəzası baş verib, onların 8-i insan itkisi ilə nəticələnib. Bu göstəricinin 2018-ci illə müqayisədə iki dəfə azaldığı da qeyd edilir. 2018-ci ildə təyyarələrlə bağlı ümumilikdə 157 hadisə baş verib, nəticədə 534 nəfər həyatını itirib.

Beləliklə, ekspertlərin qiymətləndirməsinə görə, 2019-cu ildə 5,5 milyon reysdən birinə ölümcül hava faciəsi düşür.Lent.az

Paylaş
Xəbər lentİ