Texnologiya nəhəngi "TikTok"u satın alır

Oxunma sayı: 619
7-08-2020, 00:02

Texnologiya nəhəngi "TikTok"u satın alır
"Microsoft" şirkəti "TikTok" servisinin tam və ya bir hissəsinin alınması üçün növbəti 3 həftə ərzində saziş imzalayacaq.

Arasdırma.info xəbər verir ki, sözügedən sazişin dəyərinin 10-30 milyard ABŞ dolları civarında qərarlaşdığı bildirilir.

Beləliklə də, bu addımla ABŞ tərəfindən Çinin "TikTok" servisinə qoyulan qadağa 15 sentyabr tarixində müəyyən qədər aradan qalxacaq.

Texnologiya nəhəngi "Microsoft", "TikTok" servisini əldə etdikdən sonra bir il müddətində platformanın işini təmin edən sistemləri ABŞ ərazisinə keçirmək üçün müvafiq icazələr əldə edəcək.//Publika

Paylaş
Xəbər lentİ