AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim VİP sədri Əli Əliyevin saxta müxalifətçiliyini ifşa etdi.

Oxunma sayı: 554
10-07-2020, 17:52

AXCP Rəyasət Heyətinin üzvü  Məmməd İbrahim VİP sədri Əli Əliyevin saxta müxalifətçiliyini ifşa etdi.
AXCP Rəyasət Heyətinin üzvü, keçmiş siyasi məhbus Məmməd İbrahim VİP sədri Əli Əliyevi olduğu kimi təqdim edir. Oxuyun ki, aldanmayasınız:

"Hökumət müxalifət üzərində Əli Kərimli və İsa Qəmbərin monopoliyasının ləğv edilməsini istəyirsə, bizə də hökuməti tənqid etmək imkanı verməlidir".

Düz 10 il əvvəl Əli Əliyev prezident aparatına bu sözləri yazıb, tənqid üçün icazə istəmişdi. Görünür ona icazəni 10 il sonra veriblər)
Bu donosun üstünün necə açıldığını 10 il bundan əvvəl siyasətdə olanlar bilirlər. Gənclər üçün qısaca deyim. Deməli, vaxtilə Etibar Məmmədovun müavini olmuş Məhərrəm Zülfüqarlı sonradan kürü diplomatiyasına görə ifşa olunmuş deputat Elxan Süleymanovla birlikdə bir hökumətyönümlü QHT işlədirdi. Səhv etmirəmsə adı AVCİYA idi. Bu QHT bir tədbir keçirdib, sonra da tədbirdə edilən çıxışları toplayıb bir kitabçada çap ediblər. Həmin tədbirdə Əli Əliyev də iştirak və çıxış edibmiş. Kitabçada çap olunmaq üçün həmin o Məhərrəm Zülfüqarlı Əli Əliyevdən də yazılı çıxışını istəyib. Əli Əliyev də faylları səhv salıb, tədbirdəki çıxışının əvəzinə prezident aparatına yazdığı donosu göndərib. Məhərrəm Zülfüqarlıya. Məhərrəm də yazıya baxmadan verib çapa. Beləliklə, prezident aparatı üçün yazılmış donos kitabçada çap olunub. Paylanıb camaata. İsa Qəmbər bunu oxuyub və ictimailəşdirib. Tapa bilsəm, həmin yazını, ya da İsa bəyin bu barədə çıxışını yerləşdirərəm şərh bölümünə. Prezident aparatına yazılmış təkliflərin əsas mahiyyəti bu idi ki, müxalifəti Əli Kərimli və İsa Qəmbərin monopoliyasından (o zaman üçün) xilas etmək üçün biz konstruktiv qüvvələrə kömək edilməlidir. Ancaq heç yerdə deyilməməlidir ki, onlara biz kömək edirik. Sonra da xahiş olunurdu ki, onlara da hakimiyyəti tənqid etmək imkanı tanınsın.
Məlumat ictimailəşən kimi AXCP- də qərar çıxarıldı ki, belə bir adamla bir blokda ola bilmərik. Azadlıq bloku buraxıldı. Əli Əliyev ifşa olundu və 2018- ci ilə qədər səsi çıxmadı. Hökumətyönümlü partiyaların böyür - başında fırlandı. Heç bir ciddi müxalifət birliyi 10 il ərzində bu adamı yaxın buraxmadı. Özünün də etiraf etdiyi kimi 2 il öncə Rauf Arifoğlu bu adamı yenidən geniş ictimaiyyətə təqdim etdi. Məsələ belə oldu. Hökumətin konstruktiv müxalifət yaratmaq siyasətinə uyğun olaraq Rauf Arifoğlu Elman Nəsirov, Etibar Hüseynov, Hafiz Hacıyev kimi hökumətin ən çox nifrət olunan adamları ilə Əli Əliyev, Sərdar Cəlaloğlu, İqbal Ağazadə kimi "konstruktiv" müxalifətçilərin yeni müsavatda canlı debatlarını təşkil edirdi. Nəticədə Elman Nəsirov, Hafiz Hacıyevdənsə həmin bu Əli Əliyevgil hörmətli görünürdü sadə adamların gözündə. Etiraf edim ki, çox bic layihə idi və indi də bu məqsədlə yaradılmış bəzi yutub kanalları həmin işi davam etdirir (vaxtı çatanda onlar haqda da yazacam).Bəli, Əli Əliyev siyasətə 2-ci dəfə qayıda bilməsinə görə ilk növbədə Raufa borcludur. Ona görə də 9 fevral seçkilərində Rauf Arifoğluna dəstək vermişdi. İndi də fikirləşib ki, artıq böyük adam olub. Əvvəl Rauf Arifoğlunun, sonra da Osmanqızı və Azad söz kanallarının sayəsində xeyli tanınıb. Əvvəlcədən icazəsini aldığı tənqidi çıxışları ilə də bunun keçmişini və hazırkı niyyətini bilməyən minlərlə insanı aldada, rəğbətlərini qazana bilib. Ədalət Vəliyevlə, xüsusilə də ikinci dəfə Ədalətin köməkçisilə görüşdən sonra aldığı təlimata uyğun olaraq hücum çəkib professor Cəmil Həsənli və Milli Şura üzərinə. Dünən də hökumətin Əli Kərimliyə qarşı tətbiq etdiyi internet blokadasını danmaqla rejimə köməyini göstərirdi. Bu dəfə də alınmadı Əli Əliyev. O vaxt özün çaşıb, faylı səhv salıb özünü yandırdın. Bu dəfə də səbirsizlik edib, deputatlıq almadan özünü yandırdın. Tanımayanlar da səni tanıyacaq. Xidmət etdiyin rejimin belə siyasi baxımdan uduzduğu, heç nə edə bilmədiyi müxalifətə səninkimilər heç bir zərər vura bilməz. Sən də hazırlaş. Tənqid etmək üçün icazə aldıqlarının işi yaxşı deyil.//Azadlıq

Paylaş
Xəbər lentİ