İlham Əliyev Paşinyanla görüşdü

Oxunma sayı: 641
23-01-2019, 01:51

İlham Əliyev Paşinyanla görüşdü
Ermənistanın Baş naziri Nikol Paşinyan Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə qeyri-rəsmi görüş niyyətindədir.

Araşdırma.info Axar.aza istinadən xəbər verir ki, bu barədə N.Paşinyan “RİA Novosti”yə açıqlamasında deyib.

“Bəli, bu, qeyri-rəsmi görüş olacaq”, - Paşinyan İlham Əliyevlə görüş istəyi barədə danışarkən bildirib.

Mətbuat konfransındakı açıqlamasında isə “Prezident İlham Əliyevlə nə vaxt görüşəcəksiniz” sualına “tezliklə” deyə bildirib.

Görüşün bu gün olacağı istisna edilmir.

Eyni zamanda, Prezident İlham Əliyev RİA-ya açıqlamasında Ermənistan rəhbərliyi ilə tammmiqyaslı heç bir görüş olmadığını, ancaq bir neçə “faydalı söhbət” aparıldığını deyib. Prezidentin sözlərinə görə, MDB sammiti çərçivəsində baş tutan bu söhbət tərəflərin mövqeyinin müəyyənləşməsi və Qarabağ danışıqlarının aktivləşməsi baxımından faydalı olub.

Azərbaycan lideri həmçinin bu istiqamətdə erməni tərəfi ilə əlaqələri davam etdirməkdən heç vaxt imtina etmədiyini vurğulayıb.

***

Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Davosda Qarabağ konfliktinin nizamlanması ilə bağlı müzakirə apardığını bildirib.

“Davosda İlham Əliyevlə qeyri-rəsmi görüş keçirdik. Danışıqlar prosesindəki mövcud situasiya ilə bağlı fikir mübadiləsi apardıq. Görüş təxminən yarım saat çəkdi”, - Paşinyan Feysbuk səhifəsində qeyd edib.

Paylaş
Xəbər lentİ