Qarabağda nə qədər erməni qalıb? - BMT açıqladı

Oxunma sayı: 108
3-10-2023, 00:28

Qarabağda nə qədər erməni qalıb? - BMT açıqladı
BMT komandası regionda qalan icmaların nümayəndələrindən eşidib ki, Qarabağda 1000-ə qədər etnik erməni qalıb.

Arasdırma.info xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.

O, BMT missiyasının yaydığı bəyanatı təkrarlayaraq, BMT nümayəndələrinin regiona bir günlük səfəri zamanı bütün dükanların bağlanmasına baxmayaraq, mülki infrastrukturun, o cümlədən məktəblərin, xəstəxanaların dağıdılması faktlarının aşkar edilmədiyini bildirib.

“Onlar son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı heç bir məlumat eşitməyiblər, nə mal-qara, nə də ev heyvanlarının öldüyünə, kənd təsərrüfatı infrastrukturunun dağıdılmasına rast gəlinməyib", - BMT sözçüsü bildirib.

Bundan əlavə, Ağdamdan keçərkən missiya erməni işğalı zamanı şəhərin dağıdılmasını və minalardan təmizlənmənin zəruriliyini, habelə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən reabilitasiya işlərini qeyd edib.

Düjarrik qeyd edib ki, BMT komandası Qarabağa səfərini başa vurub, lakin regionda vəziyyətin monitorinqi üçün Azərbaycan hökuməti ilə işi davam etdirir.//pravda.az

Paylaş
Xəbər lentİ