Suriyada hərbi məktəbə dəhşətli hücum: 80 ölü, 240 yaralı

Oxunma sayı: 86
6-10-2023, 01:06

Suriyada hərbi məktəbə dəhşətli hücum: 80 ölü, 240 yaralı
Suriyanın Əsəd rejiminin nəzarətində olan Homs şəhərində hərbi məktəbə hücum nəticəsində 80 nəfər ölüb.

Arasdırma.info xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Suriyanın səhiyyə naziri Həsən əl-Qabaş məlumat verib.

Nazir mediaya açıqlamasında bildirib ki, hərbi məktəb kursantlarının buraxılış mərasimində baş verən hücumda aralarında 6-sı uşaq və 6-sı qadın olmaqla 80 nəfər həyatını itirib. 240 nəfərsə yaralanıb.

Hücum tədbirin sonuna yaxın gələcək suriyalı zabitlər papaqlarını havaya atıqları məqamda baş verib.
Reuters xəbər verir ki, tədbirdə ölkənin müdafiə naziri də olub. O, partlayışdan az əvvəl məkanı tərk edib.//bakupost

Suriyada hərbi məktəbə dəhşətli hücum: 80 ölü, 240 yaralı

Paylaş
Xəbər lentİ