Qırğızıstanda 5 Azərbaycan vətəndaşı həbs olunub

Oxunma sayı: 32
23-03-2024, 22:08

Qırğızıstanda 5 Azərbaycan vətəndaşı həbs olunub

Arasdırma.info xəbər verir ki,bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qırğızıstan xüsusi xidmət orqanları saxlanılanların respublika rəhbərliyinə sui-qəsd planlaşdırdığını iddia edib.
Əməliyyat zamanı Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudov M.S. və Məmmədov Z.İ. saxlanılıblar.
Qırğızıstan hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan Əsgərov kriminal aləmdə “Avara” ləqəbi ilə tanınır.

Paylaş
Xəbər lentİ